RU

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib

Bakı. Trend:

Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseniəsrin ən yaxşı qrossmeysteri elan edib.

Trend xəbər verirki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb. Bu qərarfederasiyanın 1924-cü ildə Parisdə yaradılmasının 100 illikyubileyi münasibətilə keçirilən qala-ziyafət zamanı elanedilib.

Qeyd etmək lazımdır ki, şahmat üzrə dünya çempionu tituluuğrunda görüşlər 1886-cı ildən keçirilir. Karlsen hazırda 33yaşındadır və FIDE-nin reytinq cədvəlində liderlik edir. O, 2013-cüildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfəardıcıl qoruyub.

2022-ci ildə Karlsen rusiyalı Yan Nepomnyaşşi ilə dünyaçempionluğu uğrunda keçirilməli olan qarşılaşmadan imtina edərəkdünya çempionu titulundan əl çəkib.

Избранный
68
3
az.trend.az

4Источники