RU

İsrailin 15 illik ƏMƏLİYYAT PLANI

İsrail 15 il idi ki, Livanda peycerləri partlatmaq üçün əməliyyat planlaşdırırdı.

Publika.az xəbər verir ki, bu barədə ABC telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, İsrail Livanın müxtəlif bölgələrində partlayan rabitə cihazlarının istehsalında iştirak edib. Bu məqsədlə guya peycerlərin istehsalı ilə məşğul olan bir neçə ön şirkət yaradılıb. Lakin bu şirkətlərin bir çox işçisi işlərinin əsl məqsədlərindən xəbərsiz olub.

Belə firmalardan biri Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting"dir və o, Tayvanın "Gold Apollo" şirkəti üçün peycerlərin istehsalı məqsədi ilə müqavilə bağlayıb.

Macarıstan hökumətinin nümayəndəsi belə cihazların Macarıstanda istehsal olunmadığını və "BAC Consulting"in yalnız “reseller” kimi çıxış etdiyini söyləyib.

ABC mənbələri onu da bildiriblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox riskli hesab edir və öz təcrübəsində onlardan qaçır.

Macarıstanın "Telex" portalı iddia edib ki, partlamış peycerləri Macarıstanın "BAC Consulting" şirkəti deyil, Bolqarıstanın "Norta Global" şirkəti "Gold Apollo"dan almış ola bilərdi. Daha sonra Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik Agentliyi bu cihazların tədarükündə Bolqarıstan şirkətinin iştirakını təkzib edib.

Избранный
37
publika.az

1Источники