Bakı. Trend:
"Azərbaycan BRICS-də iştirak etmək üçün rəsmi müraciət edib. Bu,bizim üçün çox əlamətdardır", – Bakı Şəhər İcra Hakimiyyətininbaşçısı Eldar Əzizov Moskvada keçirilən "Bulud şəhərləri. BRICSşəhərlərinin gələcəyi haqqında Forum" çərçivəsindəki “Gələcəyinxəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri vəstrategiyaları” plenar sessiyasında bildirib.
Trend-inməlumatına görə, Əzizov çıxışında Moskva administrasiyasınatədbirin təşkilinə və dəvətə görə təşəkkür edib. O vurğulayıb ki,COP29-un Bakıda keçirilməsi ilə əlaqədar sənaye obyektlərininşəhərdən kənara çıxarılması prosesi artıq həyata keçirilib.
Əzizov əlavə edib ki, Prezident İlham Əliyevin müdrik siyasətinəticəsində Bakı, ölkənin digər bölgələri kimi, yüksək inkişafsəviyyəsinə çatmağa ümid edir. 2024-cü ilin əvvəlindən etibarənAzərbaycana gələn turistlərin sayının 40 faiz artdığını qeyd edənƏzizov, COP29-un Bakıda keçirilməsinin təsadüfi olmadığınıvurğulayıb.
O, Bakının sürətli inkişaf mərhələsində olduğunu və şəhəringələcəyi ilə bağlı bir çox planların mövcud olduğunu bildirib.Əzizov, plenar sessiyadan əvvəl Moskvanın meri Sergey Sobyanin ilədə görüşüb.
Sentyabr ayında Moskvanın Zaryadye parkında keçirilən BRICS-in"Bulud şəhərləri" Forumu 30-dan çox BRICS, Yaxın Şərq, Asiya, LatınAmerikası, Afrika və MDB ölkələrinin iştirakını əhatə edib.