RU

Azərbaycan çempionatında 6 komanda yarışacaq – Yeni mövsümdən

"Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə deyib

AVF rəsmisi 2024/2025 mövsümünün gözləniləndən daha gec start götürəcəyini söyləyib:

"Yeni mövsümün reqlamenti üzərində işlər tam yekunlaşmayıb. Hər şey həllini tapdıqdan sonra federasiya olaraq mətbuatın qarşısına keçməyi düşünürük.

Planlaşdırdığımız görüşdə həm AVF-nin illik hesabatları, həm də yeni mövsümün reqlamenti barədə məlumatlar veriləcək".

V.Hüseynzadə yeni mövsümdə azarkeşləri maraqlı matçlar gözlədiyini bildirib:

"Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq. Kişilərin yarışında 2 yeni kollektiv çıxış edəcək. Bütün komandalar, demək olar ki, eyni gücdə olduğundan bizi maraqlı qarşılaşmalar gözləyir".

AVF-nin mətbuatla hesabat xarakterli görüşü oktyabrın 9-na planlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
sportinfo.az

1Источники