RU

ABŞ-dan yeni RUSİYA PLANI: "Həmin nöqtəyə yaxınlaşırıq"

ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini daha da sərtləşdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinq bildirib .

"Biz həm kölgə donanması, həm də Rusiyanın bazara tədarük etməsinə icazə verilən neftin həcmi ilə bağlı daha sərt sanksiyalar rejimindən danışa biləcəyimiz nöqtəyə yaxınlaşırıq", - Sinq deyib.

Karnegi Fondunda çıxış edən Ağ Ev rəsmisi bildirib ki, ABŞ Rusiyanın neft gəlirlərini azaltmaq üçün Rusiyaya qarşı ixrac nəzarətinə diqqət yetirəcək.

Bundan əvvəl Rusiyanın Urals markalı neftinin qiyməti iyunun sonundan etibarən təxminən 30% ucuzlaşaraq barel üçün 60 dollardan aşağı enib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
50
publika.az

10Источники