Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri,Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən çoxmərtəbəlibinaları əhatə edən, 1100-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraqsakinlərin istifadəsinə verilib. Tədbir çərçivəsində Leyla Əliyeva “IDEA”könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib,həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.“Bizim həyət” layihəsinin çərçivəsində yenidən qurulmuş növbətihəyətdə digər abadlaşdırılmış ərazilərdə olduğu kimi sağlamlıq imkanlarıməhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrəuşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudəvaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədiləərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idmanqurğuları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanısahədə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləriquraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidəkameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfaltvə dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcudyaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərəkyaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanınçirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digərsarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsiicra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekolojicəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahətmühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşamşəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 153ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.Qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması vəyenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif vəmüraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA”İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına([email protected]) göndərməyiniz xahiş olunur.Dia-az.İnfo
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта