İsrail Livan ərazisində peycerləri partlatmaq üçün 15 il hazırlıq görüb.
News24.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanala açıqlama verən mənbələr İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyib.
Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə saxta şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilməyiblər.
ABC qeyd edib ki, bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” olub və müqaviləyə əsasən, o, Tayvanın “Gold Apollo” şirkətinin brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, “BAC Consulting” isə sadəcə “reseller” olub və ölkədə heç nə istehsal etməyib.
ABC mənbələri həmçinin bildiriblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab sayır və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.
Teymur Məmmədov