RU

Azərbaycan–İtaliya hərbi əməkdaşlığı müzakirə edilib

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Təkbətək və geniştərkibli görüşlərdə Azərbaycan ilə İtaliya arasında hərbi, hər­bi-texniki, hərbi-təhsil sahələrində əmək­daşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitə­sinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
22
xalqqazeti.az

10Источники