RU

Ülvi Əliyev: “Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim”

“Ümumi götürsək, komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən “döyüşdü”.

İdamn.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev deyib.

O, Zlin şəhərində Çexiyaya 0:3 hesabı ilə məğlubiyyəti şərh edib. Əliyev bildirib ki, komandanın yenidən qurulması nəticəyə də təsir edib: “Milli komanda yenidən qurulur, heyətimizdə debüt edən bir neçə futzalçımız var. Rəqib isə əksinə, təcrübəli oyunçulardan qurulub. Üstəlik onların milli çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik. Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq.

Oyunun ən yaxşısı seçilən Ülvi buna da münasibət bildirib: “Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim. Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, bugünkü oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiz”.

Qeyd edək ki, bu gün millilər arasında növbəti matç keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
9
idman.biz

6Источники