RU

Kürdəmirdə "Mercedes"TIR-a çırpıldı - Ölən var - VİDEO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Bakı-Qazax yolunun 157-ci kilometrliyində qeydə alınıb. Belə ki, Türkiyə Respublikasına məxsus yük avtomobili (TIR) yolun hərəkət hissəsindən kənarda nəqliyyat vasitəsini saxlayaraq dincəlirmiş.

Həmin istiqamətdə hərəkətdə olan "Mercedes C-class" markalı, 09-BV-620 dövlət qeydiyyat nişanlı avtomobil TIR-a arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü həyatını itirib. Avtomobil isə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün yuxulaması olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
2
avtosfer.az

5Источники