RU

“Bu cür oyunları çox keçirməliyik” – Azərbaycan millisinin üzvü

“Çexiya ilə oyunda ən yaxşı seçiləcəyimi gözləmirdim”.Komanda.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında milli üzvü Ülvi Əliyev Zlin şəhərində Çexiya yığması ilə yoxlama matçından sonra təşkilatçılar tərəfindən ən yaxşı oyunçu seçilməsi ilə bağlı danışarkən deyib.O, bunun sürpriz olduğunu söyləyib:“Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, bugünkü oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiz”.Quliyev Çexiya ilə yoxlama matçını da dəyərləndirib:“Ümumi götürsək, komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən “döyüşdü”. Milli komanda yenidən qurulur, heyətimizdə debüt edən bir neçə futzalçımız var. Rəqib isə əksinə, təcrübəli oyunçulardan qurulub. Üstəlik onların milli çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik. Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq”.Hazırda Zlin şəhərində təlim məşq toplanışında olan Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə Çexiyaya 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında növbəti qarşılaşma bu gün baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
10
komanda.az

10Источники