Bakı, 20 sentyabr, AZƏRTAC
Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.