RU

“Qəbələ” klubunun tarixində 900-cü qol vurulub

“Qəbələ”

Bakı, 20 sentyabr, AZƏRTAC

“Qəbələ” komandası tarixində 900-cü qolu vurub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu, I Liqanın II turuna təsadüf edib.

“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb.

900 qoldan 643-ü Premyer Liqada, 138-i ölkə kubokunda, 77-si I Liqada, 42-si avrokuboklarda vurulub.

Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” Premyer Liqada 301, ölkə kubokunda 53, I Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ”nin tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
16
azertag.az

10Источники