RU

Binəqədidə restoranda güclü yanğın olub - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Oxu24.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 900 kv.m. olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165.kv.m. sahədə yanıb

Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
30
oxu24.com

10Источники