Qarabağ Universitetinin loqosu müəyyən edilib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən Qarabağ Universiteti üçün müəyyən edilmiş 5 loqodan biri təyin olunub.
Qeyd edək ki, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri universitetin adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını bildirir.