RU

Niyaməddin Sadıqov: "Sonuncu danışığımız sentyabrın 19-u oldu, 20-si şəhidlik zirvəsinə ucaldı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ceyhun 2020-ci il Vətən müharibəsindən 2023-cü il antiterror tədbirlərinə qədər Qarabağ ərazisində xidmət edib. Laçın, Kəlbəcər, Şuşa və son olaraq Xankəndidə döyüşüb".
Bu sözləri Oxu.Az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri zamanı şəhid olan Ceyhun Sadıqovun atası Niyaməddin Sadıqov deyib.
Onun sözlərinə görə, Ceyhun əməliyyatdan bir neçə gün əvvəl ona zəng edib, mövcud vəziyyət haqqında məlumat verib:
"Sonuncu danışığımız sentyabrın 19-u oldu. Dedi ki, döyüşlərə qatılırıq, telefonu söndürəcəyəm ki, düşmən izləyə bilməsin. Sentyabrın 20-si şəhidlik zirvəsinə ucaldı. Ceyhunla bağlı çox xatirəm olsa da, haqqında danışmaq mənim üçün çox çətindir".
Mərahim Nəsib
Избранный
151
46
oxu.az

10Источники