Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 348-ə yüksəldiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib. Məlumata görə, ölkənin 5 vilayətində dang qızdırması şübhəsinin olduğu, 2 nəfərin isə bu xəstəlik şübhəsi ilə öldüyü bildirilib. Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.