RU

“Onlar dövlətimizin məxmər əlcəkdəki polad yumruğuyla üz-üzə gələcək”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin sülhlə bağlı zərrə qədər güzəştə gedə bilməyəcəyini, bu mövzuda son dərəcə qətiyyətli olduqlarını bildirib.

  İstanbul Atatürk Hava Limanında Jandarma və Polis idarələri üçün yeni avtomobillərin istifadəyə verilməsi mərasimində çıxış edən Ərdoğan deyib: "Terror təşkilatlarına sərhədlərimizin daxilində və xaricində nəfəs almaq üçün yer qoymamışıq. 2024-cü ildə PKK-dan FETÖ-yə, DHKP/C-dən DAİŞ-ə qədər qanlı qatillərə qarşı 35 min 500 əməliyyat həyata keçirilib.

  Müdafiə sənayesi sərmayələrinin Livana qarşı kiberterror hücumları ilə nə qədər əhəmiyyət daşıdığını bir daha gördük. Türkiyə sülh naminə zərrə qədər güzəştə gedə bilməz. Bu mövzuda son dərəcə qətiyyətliyik. Millətimizin dincliyinə mane olan, ictimai asayişi pozan hər kəs dövlətimizin məxmər əlcəkdəki polad yumruğu ilə üz-üzə gələcək.

  “Vəd edilmiş torpaqlar”ın arzusunda olanlar, köhnə istismar çarxlarını döndərmək istəyənlər bizdən narahatdır. Silah satanlar, xaos lobbiləri, məzlumların göz yaşlarıyla qidalanan qan tacirləri bizdən – böyüyən və güclənən Türkiyədən narahatdır”.



Избранный
80
1
trt.net.tr

10Источники