RU

Emin Hüseynov Ölkə Başçısına TƏŞƏKKÜR ETDİ + VİDEO

Dünən  keçirdiyi qəza nəticəsində  komaya düşən  müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədovla bağlı "Quseynoff" MMC-nin sahibi Emin Hüseynovun əhaliyə çağırış etməsi barədə xəbər vermişdik. 

32gun.az xəbər verir ki, E.Huseynov sosial şəbəkədə daha bir video paylaşaraq ölkə başçısına təşəkkür edib. O qeyd edib ki, Ali Baş Komandaın göstərişi ilə Taleh Məmmədovun müayinə və müalicə xərclərini Dövlət üzərinə götürüb.

"Allah dövlətimizi qorusun, prezidentimizi qorusun. Dövlət bütün xərcləri öz üzərinə götürüb və özəl klinikadan çıxarılıb. İnşallah yaxşı olar.  Ailənin bank kartlarını paylaşmışdıq. Artıq heç bir bank kartın pul göndərməyə ehtiyac qalmayıb. Dövlət hər şeyi təmin edir. Həqiqətən çox gözəl ölkədə yaşayırıq. 

Dövlət başçısına, millətimizə Allah can sağlığı versin. İnşallah hər şey yaxşı olar. Allah Taleh qardaşımıza şəfa versin"- deyə Emin Hüseynov qeyd edib. 

Xatırladaq ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına (“Semaşko”) yerləşdirilib. Ağır kəllə-beyin travması alan gənc ifaçının beyninə qan sızıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
1
32gun.az

2Источники