RU

XIII əsrə aid “vampir məzarı” qazıldı – Qorxunc olay gün üzünə çıxdı - FOTO

Polşada XIII əsrə aid başı kəsilmiş və küt alətlərlə əzilmiş uşağın qalıqları aşkar edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Archeology Mag" yazır.

"Bu vəhşi kəşf sizi orta əsrlər Polşasındakı ağlasığmaz təcrübə, həmçinin vampirlər haqqında çox sevilən və o dəhşətli mifin mənşəyi barədə düşünməyə vadar edir", - nəşr bildirir.

Güman edilir ki, azyaşlı oğlan vərəm xəstəsi olub. Bu, orta əsr insanlarının beyinlərində ağlasığmaz düşüncələr yaradan xəstəlik idi.

Elm adamları bununla həm də orta əsrlərdə mühüm dini-tarixi obyekt olan Helmdəki Xristian Uniate Kilsəsinin fövqəltəbii inanclarını üzə çıxarıblar.

"Dəfn ölülərin dirilməsinin qarşısını almağa yönəlmiş anti-vampir təcrübələrinin əlamətlərini açıq şəkildə göstərir", - qazıntıların aparıcı arxeoloqu, doktor Stanislav Qolub deyir.

Polşada bundan öncə də bir çox "vampir məzarları" aşkar edilib.

"XVII əsrdə Xorvatiyada ölümdən döndükdən sonra öldürülən bir adam barədə vampir mifi geniş populyarlıq qazanmışdı. Ancaq bu, orta əsrlərə aid bir sıra məzarlarla bağlı deyilənlərdən fərqli olaraq, real hadisə idi və Polşada terror rüzgarları əsdirmişdi", - məqalədə vurğulanır.

Bütün bunlar təsdiqləyir ki, vampir qorxusu əvvəllər düşünüldüyündən də uzaqlara gedib çıxır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
61
16
milli.az

10Источники