Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, bir-birinin milli maraqlarını uzlaşdırması deməkdir.Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Birləşmiş Millətlər Təşkilatı 1981-ci il 21 sentyabrda dünya ölkələrinin yekdil qərarı ilə 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etməkdir.Azərbaycan sivil, humanist, demokratik ənənələrə sadiq olan sülhsevər dövlətdir. Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Bu əlamətdar gün münasibətilə dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.Milli Kitabxanada “21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.Ənənəvi sərgidə sülh, ədalət, multikulturalizm, tolerantlıq, birgəyaşayış və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Azərbaycan bəstəkarlarının sülh mövzusunda bəstələdikləri musiqi notları nümayiş olunur.Ənənəvi sərgi 1 həftə davam edəcək.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта