Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası heyətinə yeni oyunçu qatıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, son ölkə çempionu serbiyalı voleybolçu İrina Milanoviçi transfer edib.
O, son olaraq "Murov Az Terminal"ın şərəfini qoruyub.