Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişindaşıma tariflərinə dəyişiklik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliklə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılıb.
Qeyd edək ki, əvvəl 1 manat olan Bakı-Sumqayıt istiqaməti üzrə gedişhaqqı yeni tariflərlə 20 qəpik artırılaraq 1.20 qəpik olub.
Sabahdan tətbiq olunacaq yeni tarifləri təqdim edirik: