"Ehtiyac yaranarsa, universitetlərdə vahid geyim formasına keçiriləcək".Bu sözləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov tələbələrin dərslərə necə geyinməli olduğunu şərh edərkən dedi. Onun sözlərinə görə, düzgün geyinməyənlərin sayı artdıqda, bu məsələyə baxıla bilər."Mən hesab edirəm ki, universitetlərdə xüsusi vahid formaya hələ ki, ehtiyac yoxdur. Çünki biz düşünürük ki, orta məktəblərdə şagirdlər vahid forma geyinərək, geyim mədəniyyətinə yiyələnirlər və artıq onlar anlayırlar ki, universitetdə də səliqəli, təmiz geyinməli, universitetə o formada gəlməlidir. Amma bizim gördüyümüz odur ki, gənclər bunu dərk etmir və anlamır və bu da bir sıra hallarda təbii ki, problem yaradır. Getdikcə universitetə "çimərlik" paltarında gələnlərin sayı artarsa, ola bilər ki, gələcəkdə biz bu barədə düşünək və belə bir qərarın qəbul edilməsinə ehtiyac olsun. Bu gələcəyə doğru mümkün, atılmalı olan addımlardan biridir. Hazırda isə tələbələr daha diqqətli, daha səliqəli, daha uyğun geyinib gəlməlidir".Millət vəkili həmçinin qeyd etdi ki, tələbənin şəklini çəkən müəllimin yerinə, düzgün geyinməyən gənclər qınanmalıdır."Mən burada qeyd etmişəm, əlavə olaraq bir daha qeyd edirəm ki, mən düşünürəm ki, mediamız müəllimi yox, həmin etik qaydalara əməl etməyən tələbələri qınamalıdır. Tələbə universitetə çimərlik paltarı ilə, idman paltarı ilə gəlməli deyil. O, artıq formalaşmış şəxsdir, o şagird deyil. O anlamalıdır ki, universitetdə müəyyən normalara və qaydalara əməl edilməlidir. Yəni universitetə gedən insan soyunub getməməlidir. Universitetə gedən insan səliqəli geyinməlidir, təmiz geyinməlidir. O, gələcəkdə dövləti təmsil edəcək, ayrı-ayrı qurumlarda, strukturlarda işləyəcək. Ona görə də, yəni bu məsələlər xüsusi diqqətdə saxlanılmalıdır və tələbələr də diqqətli olmalıdır və media da müəllimi yox, o cür geyinən tələbələri qınamalıdır".Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта