RU

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb

Filippinin cənubundakı Burias bölgəsində dünən baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 6-ya yüksəlib.Sinxua agentliyinin məlumatına görə, Filippinin təbii fəlakət agentliyi zəlzələdə ölənlərin sayının 6-ya yüksəldiyini, 2 nəfərin itkin düşdüyünü bildirib.Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının direktoru Edqardo Posadas zəlzələdən zərər çəkmiş bölgələrdə ən azı 450 nəfərin tibbi yardıma ehtiyacı olduğunu bildirib.ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 08.14-də Buriasın cənub-qərbində 6,7 bal gücündə zəlzələ olduğunu açıqlayıb.Zəlzələ nəticəsində bölgədə bəzi binalar zərər görsə də, elektrik enerjisində qismən fasilələr yaranıb.Qeyd edək ki, вünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin "Alov halqası" kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
555
afn.az

1Источники