Bitki mühafizə və Texniki bitkilər İnstitutunda (BMTBETİ) "Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi" mövzusunda respublika elmi-praktiki konfransı baş tutub. 24 sentyabr 2024-cü il tarixində başlayan elmi-praktiki konfrans eyni zamanda, noyabr ayında Bakı şəhərində keçiriləcək olan COP29-a (Conference of the Parties/Tərəflərin Konfransı) dəstək məqsədi daşıyır.Belə ki,bu barədə BMTB ETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov, Facebook sosial media hesabında da paylaşım edib.Prof. İbrahim Cəfərov bildirib ki, Qlobal iqlim dəyişkənliyi dünya ictimaiyyətini narahat edən bir problemdir, bu məsələnin həllinə hər kəs dəstək verməlidir. Tədbir həm də noyabr ayında keçiriləcək COP29-a dəstək xarakteri daşıyır.Konfransda həmçinin iqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genefondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması barədə bir sıra məruzələr olub.Bundan əlavə, qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, biologiyanın müasir ekoloji aspektləri, iqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri, zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları, eyni zamanda, biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu, süni intellekt, nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, Ekoloji faktorların dəyişməsi və insan sağlamlığı bölmələri üzrə təşkil olunacaq müəyyən istiqamətlər müzakirə olunub.Qeyd edək ki, “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin xəstəlik və zərərvericilərinin idarə edilməsi” mövzusunda respublika elmi-praktiki konfransı24-25 sentyabr 2024-cü il tarixlərində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda (Əziz Əliyev, 91) baş tutacaq.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта