RU

Klip çəkdirərkən faciəvi şəkildə öldü

Rusiyadan olan turist Tbilisidə “Merry Fellows” qrupunun “The Last Time” (Son dəfə) mahnısına klip çəkdirərkən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, qız yeraltı keçidə düşüb və ağır xəsarətlər alıb. Faciənin görüntüləri onun bloqunda dərc olunsa da, tezliklə silinib.

"Gürcüstana turist kimi gələn Arina Qlazunova paytaxtın mərkəzində dostu ilə gəzirmiş. Onlar mahnı oxuyub, yaxşı əhval-ruhiyyədə olublar. Qız ehtiyatsızlıqdan büdrəyərək Birinci Respublika Meydanındakı (Velosiped abidəsinin yanı) yeraltı keçidə düşüb. Ona kəllə sümüyünün sınığı diaqnozu qoyulub və o, sentyabrın 27-də dünyasını dəyişib ”, - məlumatda deyilir.

Избранный
105
50
publika.az

10Источники