RU

Ölkə başçısı FHN-lə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

News365.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 554 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbənddə “dayanacaq bazalarının (qurğularının)” sözləri “və onların dayanacağı üçün bazaların (qurğuların)” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndində “dayanacaq bazalarının” sözləri “və onların dayanacağı üçün bazaların (qurğuların)” sözləri ilə əvəz edilsin.

 

Избранный
25
10
news365.az

10Источники