RU

Stolüstü tennisçilərimiz 3 mükafat qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər. 

Beynəlxalq yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə iştirak edən komanda 1 qızıl, 2 bürünc medal qazanıb.

Təmsilçilərimizdən Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü olub. Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə qarışıq qoşa yarışlarında bürünc medal qazanıblar. 

Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.

Leyla QURBANOVA
XQ

Избранный
87
16
xalqqazeti.az

10Источники