RU

Bu apteklərdə yoxlama APARILDI

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparıb.

Bu barədə Gundem.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb. 24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

"Vətandaşlara bildiririk ki, aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (012) 596-07-12 nömrəli “qaynar xətt”inə, [email protected] elektron ünvanı və ya www.pharma.az saytının "müraciət" bölməsi vasitəsilə məlumat versinlər."

Избранный
60
49
gundem.az

10Источники