Sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparılıb.
Ölkə.az bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb.
24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.