Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
"Football-plus.az” xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Yığmamız son matçını oktyabrın 4-də, saat 17.00-da Qazaxıstana qarşı keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта