RU

ABŞ-də kommersiya neft ehtiyatları 417 mln. barelə yaxınlaşıb

ABŞ-də

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 889 min barel artaraq 416 931 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Избранный
102
8
xalqcebhesi.az

10Источники