RU

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Günə başlamazdan əvvəl səhər əllərinizi, üzünüzü və dişlərinizi təmizləmək sağlamlıq üçün vacibdir.

Ölkə.az teleqraf.com-a istinadən bildirir ki, alimlər tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bədəninizin müəyyən nahiyəsini təmizləmədiyiniz zaman iki növ xərçəngə tutulma riskiniz artır.

Nyu-York Universitetinin (NYU) tədqiqatının müəllifi professor Richard Hayes xərçəng riskini minimuma endirmək üçün yaxşı ağız gigiyenasına sahib olmanın vacib olduğunu deyir. Buna görə də dişlərinizi fırçalayarkən tələsməməyiniz sağlamlığınız üçün vacibdir. Macmillan Xərçəngə Dəstək Mərkəzi bildirib ki, baş və boyun xərçənginin on nəfərindən doqquzunda ağız, burun və boğazın selikli qişasını örtən hüceyrələr olan skuamöz hüceyrələrdə başlayır.

"JAMA Oncology№ jurnalında nəşr olunan araşdırmada təxminən 160 min insanın qidalanma vərdişləri, həyat tərzləri və xəstəlik tarixçələri araşdırılıb. Həmin şəxslər ağız qarqaraları və tüpürcək nümunələri verib. Daha sonra nümunələr və mikroblar sınaqdan keçirilib. 236 şəxsə baş və boyun skuamöz hüceyrəli karsinoma diaqnozu qoyulub. Onların ağız mikrobunun DNT-si xərçəngi olmayan 458 iştirakçının DNT-si ilə müqayisə edildikdə, xərçəngə səbəb ola biləcək 13 müxtəlif növ bakteriya aşkar edilib.

Избранный
59
20
olke.az

10Источники