RU

Azərbaycanda qiymətli kağızların məsafədən ticarətinə başlanılacaq

Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq...

Poliqon xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib.

"Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək", - deyə o qeyd edib.

Bundan başqa, Birja rəsmisi deyib ki, "yaşıl istiqraz" seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: "Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq".

Poliqon.info 

Избранный
51
10
poliqon.info

10Источники