RU

Rus ordusu genişmiqyaslı hücuma keçə bilər?

Zaporojye istiqamətində rus işğalçıları öz hərəkətlərini aktivləşdirə bilər, lakin orada genişmiqyaslı düşmən hücumunun olacağı ehtimalı yoxdur.

Aktual.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

Onun fikrincə, rus qüvvələrinin Ukraynanın müdafiə xəttinə müqavimət göstərmək potensialı mövcud deyil:

"Mən deməzdim ki, düşmən indi bizim müdafiə xəttimizi Zaporojye istiqamətində yarmaq və şəhərin özünə keçmək potensialına malikdir. Bölmələrin yenidən qruplaşdırılması iki istiqamətdə aparıldı: Zaporojye və Vremovskidə - Zaporojye və Donetsk vilayətlərinin qovşağında”.

Избранный
95
1
ulusum.az

10Источники