RU

Ermənistanda bir neçə plastik əməliyyat etdirən pasiyent ÖLDÜ

İrəvanda estetik cərrahiyyə mərkəzində bir neçə plastik əməliyyat keçirən 60 yaşlı pasiyent dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu gün, oktyabrın 8-də İrəvanda “Artcosmed” estetik cərrahiyyə mərkəzində bir neçə plastik əməliyyat keçirən 60 yaşlı xəstə dünyasını dəyişib.

Tibb mərkəzində plastik əməliyyatdan sonra xəstənin səhhəti kəskin pisləşib və ürəyi dayanıb.

Həkimlərin bir neçə gün həyatı üçün mübarizə apardığı xəstə son dərəcə ağır vəziyyətdə digər tibb mərkəzinə çatdırılıb.

Bir neçə ay əvvəl həmin “Artkosmed” estetik cərrahiyyə mərkəzində də plastik əməliyyat zamanı xəstənin ürəyi dayanıb və əməliyyatdan bir gün sonra özünə gəlmədən dünyasını dəyişib. Hər iki halda xəstələrin həkimi “Artcosmed” estetik cərrahiyyə mərkəzinin təsisçisi Artur Sarkisyan olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
55
13
interpress.az

10Источники