RU

“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib

“Mançester

Bakı, 9 oktyabr, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq maraqlı qərarı ilə gündəmə gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın hazırlıq prosesini qapalı saxlamaq və əlverişsiz hava şəraitindən qorunmaq üçün təlim-məşq mərkəzində ağ divar inşa etdirib. Nəhəng tikili “qırmızı şeytanlar” 200 min funt-sterlinqə başa gəlib.

İnşa edilən divarın dəyəri yüksək olduğu üçün klubda çalışan 250 nəfər işçi ixtisar olunub.

Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 8 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Избранный
59
2
azertag.az

10Источники