İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Homs əyalətinin mərkəzində yerləşən Saba mühəndislik zavoduna endirdiyi zərbə nəticəsində azı 4 nəfər yaralanıb.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan əlavə, onun sözlərinə görə, partlayış ölkənin cənubundakı Dəra əyalətində baş verib.
Təfərrüatlar verilməyib.
Bundan əvvəl İsrailin Suriyada İranın “Səba” zavoduna hücumu barədə məlumat daxil olub .
Oktyabrın 8-də İsrailin Dəməşqdə yaşayış binasına zərbə endirdiyi bildirilir . Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra zərbəni pisləyib.
Mənbə Əl-Cəzirə telekanalı