RU

Polşadakı ABŞ bazasına Rusiya raketlərini vurmaq icazəsi verildi…

Image

Polşanın şimalındakı Redzikovoda yerləşən Amerikanın “Aegis Ashore” raketdən müdafiə bazası Polşaya atılan Rusiya ballistik raketlərini vurmağa hazırlaşır. 

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynadakı münaqişədən sonra konsepsiyası dəyişdirilən bazanın yaxın həftələrdə rəsmən açılacağını açıqlayıb. 

“Bizim danışıqlarımız nəticəsində bu bazanın təkcə İranın ABŞ-a atdığı raketləri deyil, Polşaya doğru gələn Rusiya raketlərini də vuracaq konseptə çevrilməsinə şərait yaratdıq” – deyə Sikorski “Rebeliant” radiosuna bildirib. 

Qeyd edək ki, 2024-cü ilin iyul ayında “Aegis Ashore” Avropa ölkələrini Avro-Atlantik zonadan kənardan gələn ballistik raket təhlükələrindən qorumaq üçün NATO komandanlığına verilib.

TAHİR





Избранный
104
50
baki-xeber.com

10Источники