RU

Siqaretin bu zərərli təsiri siqaret çəkəni belə dəhşətə gətirdi

Məlumdur ki, siqaret bir çox sağlamlıq problemlərinə səbəb olur. Amma son araşdırmalar göstərir ki, siqaret təkcə dişlərə deyil, sümüklərə də təsir edir.

Siqaretin ağciyər xərçəngi, ürək xəstəlikləri və xroniki bronxit kimi bir çox sağlamlıq problemlərinə səbəb olduğu çoxdan məlumdur.

Turkustan.az xəbər verir ki, ancaq İngiltərədə aparılan yeni bir araşdırma, siqaretin təsirlərinin ölümündən əsrlər sonra belə sümüklərinizdə yaralar buraxa biləcəyini ortaya qoydu.

Mail Online-da yer alan xəbərə görə, Leicester Universitetinin tədqiqatçıları İngiltərədə eramızın 1150-1855-ci illəri arasında basdırılmış insan qalıqlarını araşdırıblar. Bu dövr tütünün XVI əsrdə Qərbi Avropaya gəlişinə təsadüf edir. Tütünün Avropaya gətirilməsi ümumiyyətlə 1586-cı ildə ser Walter Raleigh-ə aid edilir.

Araşdırma nəticəsində məlum olub ki, siqaret dişlərdə ləkə və çuxur əmələ gətirməklə yanaşı, diş ətində qalıcı kimyəvi molekullar buraxır. Tədqiqatçılar bu molekulların sağlamlığa təsirlərini daha yaxşı anlamağa çalışırlar.

Araşdırmanı aparan bioarxeoloq Dr. "Araşdırmamız göstərir ki, keçmiş tütün istifadəçiləri ilə istifadə etməyənlər arasında sümüklərdə əhəmiyyətli molekulyar fərqlər var" dedi Sara İnskip. Bu tapıntı siqaretin skelet quruluşuna belə təsir göstərə biləcəyini göstərir.

Ümumiyyətlə, elm adamları yüz illər əvvəl yaşamış bir insanın siqaret çəkib-çəkmədiyini dişlərindəki izlərdən ayıra bilir. Məsələn, “boru çentikləri” adlanan kiçik yivlər zaman keçdikcə tütün borusunun ağızlığı tərəfindən yaradılır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
29
8
turkustan.az

10Источники