Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı açıqlanıb.
"Unikal" xəbər verir ki, Cumhurbaşkanlığının Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi 2025-ci il büdcə təklifinə əsasən, “Prezident müavinəti” yüzdə 30 artıb.
2025-ci il üçün ayrılan Prezident müavinəti 2 milyon 856 min olaraq müəyyən edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın aylıq maaşı 2025-ci il üçün 183 min lirədən 238 min lirəyə (11 828 azn) yüksələcək.