İki ay əvvəl evində yıxılaraq beyin qanaması keçirən və iki dəfə intubasiya edilən türkiyəli sevilən xəbər aparıcısı Reha Muxtar səhhəti ilə bağlı açıqlama verib.
Milli.Az azxeber-ə istinadla bildirir ki, o, əvvəlki sağlamlığının bərpa olunmağa başladığını bildirilib.
Bir neçə gün əvvəl xəstəxanadan evə buraxılan məşhur aparıcı aylar sonra ilk dəfə görüntülənib.
Muxtar jurnalistlərlə qısa söhbətində "Narahat olmayın, geri dönəcəyəm. Sağlamlıq həyatda vacib bir şeydir, ona diqqət yetirin. Hər şeyə sahibkən, birdən heç bir şeysiz qala bilərsiniz. Mən də bunu son 40 gündə yaşadım. Ətrafımdakılar əlimdə olan hər şeyi aldı. Bura mənim uşağım da daxildir. Allaha şükürlər olsun ki, hələ də sevdiklərim var. Həm kitab yazacağam, həm də televiziya proqramı ilə ekranlara geri dönəcəyəm" deyə bildirib.
Xatırladaq ki, aparıcı 2002-ci ildə aktrisa Deniz Uğur ilə ailə qurmuşdu. Onların bu evlilikdən biri qız, biri oğlan olmaqla əkiz övladları var. 2010-cu ildə ayrılan cütlük uşaqların qəyyumluğunu bölüşmüşdü. Aktrisanın qızı anasına, oğlu isə Reha Muhtara verilmişdi. Aparıcının qəza keçirtməsindən sonra keçmiş həyat yoldaşı Deniz Uğur, onun oğluna baxa bilməyəcəyini iddia edərək məhkəməyə müracit etmişdi. Bundan sonra aktrisa sosial media hesabında paylaşım edərək "Ədalət yerini tapdı. Məhkəmə uşağımın mənə verilməsi qərarını qəbul etdi" deyərək oğlu Poyrazın qəyyumluğunu aldığını açıqlamışdı.
Milli.Az