RU

Polşa polisi Podolski ilə bağlı araşdırma başladıb

Podolskinin vida oyunundan sonra 14 polis əməkdaşının yaralanması futbolçu ilə bağlı araşdırma başladılmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, futbolçunun vida oyunu vaxtı münaqişə yaşanıb, polşalı xuliqanlar klub işçisini bıçaqlayıb və hədələyiblər. Daha sonra əcnəbi stüardlar xuliqanlar tərəfindən təhqir edilib və hədələniblər. İğtişaşlar zamanı 14 polis əməkdaşı yaralanıb.

Məsələ burasındadır ki, Almaniyada stadionlarda pirotexniki vasitələrdən istifadə etmək qadağandır, bu, inzibati qayda pozuntusu hesab edilir və adətən cərimə və hüquqi prosedurlara səbəb olur.

"RheinEnergie" stadionunun əməliyyat şöbəsinin rəhbəri, əvvəllər polis direktoru vəzifəsində çalışmış Volker Lange Podolskinin hərəkətlərini tənqid edib və futbolçunu "pis nümunə olmaqda" ittiham edib: "Birincisi, bu qadağandır, ikincisi, o, pis nümunədir və üçüncüsü, klubda bu cür məsələlərə görə kim məsuliyyət daşıyırsa, cavab verməlidir".

Mənbə: oxu.az

Избранный
8
1
oxu.az

2Источники