RU

Antonio Quterreş Qəzza məsələsinə diqqət çəkib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada işğala son qoyulması və iki dövlətli həll üçün irəliləyişin əldə edilməsinin vacibliyini vurğulayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Antonio Quterreş Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİKS-in Genişləndirilmiş Liderlər toplantısında çıxış edib. O, BRİCS-in dünya əhalisinin demək olar ki, yarısını təşkil etdiyini xatırladaraq, təşkilatın çoxtərəflilik və beynəlxalq problemlərin həlli istiqamətindəki “öhdəliyini” yüksək qiymətləndirib.

Bundan əlavə, Antonio Quterreş köhnəlmiş, təsirsiz və ədalətsiz beynəlxalq maliyyə strukturunda islahatların aparılmasının zəruriliyinə diqqət çəkib. O, sülh mexanizminin gücləndirilməli və yenilənməli olduğunu bildirib. "Bura Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müasir dünyanı əks etdirməsini təmin etmək üçün islahatlar daxildir," -deyə baş katib qeyd edib.

Quterreş, Qəzzada dərhal atəşkəsin təmin edilməsinin, bütün əsirlərin azad edilməsinin və humanitar yardımların bölgəyə maneəsiz çatdırılmasının vacibliyini də vurğulayıb. O, dünyada sülhə ehtiyac olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının 1071 saylı qətnaməsinin Livanda tam yerinə yetirilməsinin vacibliyini bildirib. Həmçinin, Ukrayna və Sudanda sülhə ehtiyac olduğunu da əlavə edib.

Избранный
50
47
sia.az

10Источники