Wellmechs
Baş Mühasib
Son tarix 29 noy 2024 - [email protected]
Wellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir.
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak, Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Şəxsi hesab vərəqəsinə nəzarət;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Mənfəət zərər, balans, pul vəsaitlərinin hərəkəti hesabatlarının aparılmasının tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
- PMS, F3, F7, F9 olması arzu olunandır.
Tələb olunan:
- Ali təhsil
- Yüksək IQ səviyyə (Yüksək TQDK Qəbul balı);
- 1C təcrübə;
- Minimum 7-10 il mühasibatlıq təcrübəsi;
- Ofis Proqram Bilikləri;
- Rus dil bilgisi;
- Vergi Məcəlləsi bilikləri;
- Statistika;
- Yaş: 30 - 50
İş şəraiti:
- Əmək haqqı razılaşma ilə (1800- 2500) azn arasi
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə • Həftədə 5 iş günü (09:00-18:00), 2 gün istirahət • Nahar şirkət tərəfindən qarşılanır
- Telefon xərcləri şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlərin elektron poçt ünvanına mövzu yerinə “Baş Mühasib” qeyd etməklə müraciət etmələri xahiş olunur. CV formatı PDF olaraq paylaşılması xahiş edilir.
Ünvan: Nərimanov rayonu, Bakı Modern Məktəbin yanı.