RU

Netanyahunun oğlunun toy dərdi: təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu dron hücumlarından ehtiyat edərək təhlükəsizlik səbəbi ilə kiçik oğlu Avner Netanyahunun toyunu təxirə salmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ”Kan” dövlət televizyası yayıb.

Məlumata görə, İsrail hökumətinin başçısı qapalı danışıqlarda mövcud vəziyyət və qonaqlar üçün mümkün hədsiz risk fonunda tədbirin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Qeyd edilib ki, Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalındakı “Havat Ronit” kompleksində baş tutmalı idi.

Bundan əvvəl Hizbullah Benyamin Netanyahunun Təl-Əvivdəki evinə dronla hücum edib.

Избранный
46
3
axar.az

10Источники