"Bu gün Rusiya 36 ölkə ilə birbaşa uçuşlar həyata keçirir".
News365.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qori deyib. Onun sözlərinə görə, son iki ayda bu siyahıya İndoneziya və İordaniya da əlavə edilib: "Hazırda beynəlxalq istiqamətlərin payı aviasiya sərnişin dövriyyəsinin 28%-ni təşkil edir. Bir il əvvəl bu rəqəm 20% təşkil edirdi. Rusiya aviaşirkətlərinin sərnişin dövriyyəsi sentyabrda 10,7 milyon nəfərə yüksəlib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4,8% çoxdur".
Qori qeyd edib ki, ilk beşliyə "Aeroflot", "Pobeda", "Rossiya", "Sibir (S7)" və "Ural" Hava Yolları daxildir. Ay ərzində onların xidmətlərindən 7,5 milyon sərnişin istifadə edib.