RU

"Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə"  layihəsi yekunlaşıb - FOTOLAR

“Təmas” Regional İnkişaf İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə cari ilin iyun-oktyabr ayları ərzində icra etdiyi "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə"  layihəsi yekunlaşıb.

QHT.az xəbər verir ki, layihənin icrası dövründə təşkilatın nəzdində fəaliyyət göstərən zorakılqdan zərər çəkmiş qadın və uşaqlar üçün  sığınacağın fəaliyyəti dəstəkləndi, regionun 5 orta təhsil müəsisəsində "Bullinq nədir və onun qarşısını necə ala bilərik" mövzusunda maarifləndirmə sessiyaları təşkil olundu,  avqust ayında aztəminatlı ailələrdən olan 26 yeniyetmə məktəbli  üçün "Yaşam dəyərləri" yay düşərgəsi təşkil edildi.

Layihənin icrası sığınacaqda göstərilən hüquqi və sosial xidmətlərin keyfiyyətinin  yaxşılaşdırılmasına, həssas vəziyyətdə olan qadın və uşaqlar üçün təhlükəsiz mühitin yaradılmasına, onlara bir başlanğıc etməyə imkan yaratdı. Layihənin icrası dövründə sığınacaqda göstərilən xidmətlərdən 350  qadın və uşaq yararlandı. Sığınacağın fəaliyyəti  regionda sosial problemlərin qarşısnın alınmasına, zorakılıq qurbanlarının sağlamlığının və təhlükəsizliyinin artırılmasına töhvə verir.

Layihə rəhbəri Kubra Ələbərova  qeyd etdi ki, layihə çərçivəsində nəzərdə tutulmuş son tədbirlər  Samux və Göygöl rayonlarında həyata keçirildi. Ümumi olaraq  regionun 5  orta məktəbində təşkil olunan  maarifləndirmə sessiyalarında 240 məktəbli, müəllim və valideyin iştirak etdi. Bu sessiyaların məqsədi  məktəb  icmalarında insanların emosional və fiziki sağlamlığına ciddi zərər verə bilən, təkrarlanan zərərverici davranış formalarını tanıtmaq, empatiyanı artırmaq və dəstəkləyici mühitlər yaratmaq üçün strategiyalar təqdim etmək idi.

Избранный
35
3
qht.az

4Источники