RU

Paralimpiya çempionu: İdman insanda vətənpərvərlik hissini artırır

“Gələcəyimizin sağlam olmasını istəyirksə, mütləq şəkildə pis vərdişlərdən uzaq olmalı və idmana yönəlməliyik. İdmanla məşğul olmaq insanda ruh yüksəkliyi yaradır, çevik və dözümlü olmağa səbəb olur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan parataekvondosu İmaməddin Xəlilov (K44, 70 kiloqram) deyib.

O bildirib ki, idman insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır: “Bu sahə ilə məşğul olan şəxslər daha intizamlı olurlar. Bu, xarici görünüşə də müsbət təsir edir. Bununla yanaşı, idman kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hissini artırır. Çünki Vətəninin bayrağını beynəlxalq arena dalğalandırmaq kimi gözəl hiss yoxdur”.

Paralimpiya çempionunun sözlərinə görə, idman insanı tək fiziki deyil, ruhən də tərbiyə edir: “İdmanla aktiv məşğul olan şəxslər hər zaman öndə olurlar. İstənilən sahədə daha çox irəliləmək lazımdır. Uğura gedən yolda qarşılaşdığı maneələr gəncləri ruhdan salmamalıdır. Dövlətimiz idmanın inkişafına xüsusi önəm verir və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Azərbaycanda idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılıb. Müasir avadanlıqlarla təchiz edilən və dünya standarlarına cavab verən idman kompleksləri inşa olunur”.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilov 2023-cü ildə dünya, bu il isə həm də Avropa çempionu olub.

Избранный
31
bakivaxti.az

1Источники